Qırğızıstanda Təhlükəsizlik Şurasının iclası keçirilir
Bizi izləyin

MDB

Qırğızıstanda Təhlükəsizlik Şurasının iclası keçirilir

Bu gün Qırğızıstanda Koy-Taş kəndindəki iğtişaşlar şəraitində Təhlükəsizlik Şurasının iclası başlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, iclas Qırğızıstan prezidenti Sooranbay Jeenbekovun sədrliyi ilə keçirilir:

"Mətbuatın iştirakı olmadan baş tutan iclasın gündəliyində “7 Avqust 2019-cu il tarixli vəziyyətlə əlaqədar təhlükəsizlik və qanunun aliliyinin təmin edilməsi haqqında” məsələyə baxılır".

Qeyd edək ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi təyinatlıları Çuy rayonunun Koy-Daş kəndində Atambayevi güc tətbiq etməklə tutmaq cəhdi uğursuz olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm