Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin əsas İstintaq şöbəsinə aparıldı - YENİLƏNDİ
Bizi izləyin

MDB

Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin əsas İstintaq şöbəsinə aparıldı - YENİLƏNDİ

Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin əsas İstintaq şöbəsinə aparılıb.

Publika.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, şöbədə sabiq prezidentin əməlyyat zamanı xüsusi təyinatlı dəstə üzvlərinin girov götürülməsi və Koy-Taş kəndində "Alfa" bölməsinin komandirinin müavininin öldürülməsi faktına görə dindirməsi gözlənilir.

***

17:30

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev hüquq-mühafizə orqanlarına təslim olub.

Bu barədə eks-prezidentin qərargahından məlumat yayılıb.

***

16:57

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbsi üçün Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Dəstələri tərəfindən onun Toy-Kaş kəndindəki evində 2-ci əməliyyat təşkil edilib.

Publika.az xəbər verir ki, vəzifəsindən sui-istifadədə ittiham olunaraq toxunulmazlığı ləğv edilən sabiq dövlət başçısının tərəfdarları olan yüzlərlə insan onun evini polislərdən qorumaq üçün canlı sədd çəkib.

Qeyd edək ki, ötən gecə Milli Təhlükəsizlik Komitəsi mafiya lideri Əziz Batukayevin 2013-cü ildə qanunsuz şəkildə azadlığa buraxılması ilə bağlı davam edən istintaq çərçivəsində şahiq qismində Atambayevin ifadəsinin alınması üçün onun evinə əməliyyat təşkil etmişdi. Əməliyyat yarımçıq qalmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm