Oteldə DƏHŞƏTLİ YANĞIN: 8 ölü, 10 yaralı - FOTO/VİDEO
Bizi izləyin

MDB

Oteldə DƏHŞƏTLİ YANĞIN: 8 ölü, 10 yaralı - FOTO/VİDEO

Ukraynanın Odessa şəhərindəki “Tokio-Star” otelində güclü yanğın baş verib.

Publika.az “112 Ukrayna” telekanalının saytına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Otelin ikinci mərtəbəsindən başlayan yanğın 1000 kvadratmetr sahəni əhatə edib. Yanğınsöndürənlərə yanğının söndürülməsi üçün 3 saata yaxın vaxt lazım olub.

Yanğının söndürülməsinə 65 xilasedici və 13 texnika cəlb olunub. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil, hadisə yerində operativ qrup işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm