MDB
Rusiyaya ən çox borcu olan üçlük: Ermənistan...
Rusiya hökuməti ənənəvi olaraq digər dövlətlərə verdiyi maliyyə və ixrac kreditlərini gizli saxlayır.
“Report” RBK-ya istinadən xəbər verir ki, məlumat yalnız hökumətlərarası sazişlər Rusiya Dövlət Duması tərəfindən təsdiqlənəndə, vəzifəli şəxslər bu kreditlər haqqında danışanda və ya borc alan dövlət bunu açıqlayanda məlum olur.
Dövlət kredit proqramının qeyri-şəffaf olması onunla izah olunur ki, birincisi, bu kreditlərin əksəriyyəti sırf kommersiya deyil siyasi xarakter daşıyır, ikincisi, bir çox kreditlər hərbi-texniki əməkdaşlıq çərçivəsində verilir ki, bu da məxfi hesab olunur.
Məsələn, Moskva Ermənistan, Venesuela, Hindistan, İndoneziyaya Rusiyadan silahlar almaq üçün kredit verib.
Ölkənin Maliyyə Nazirliyinin, 1 may 2019-cu il tarixinə açıqladğı məlumata əsasən Rusiyaya xarici dövlətlərin 39.4 milyard dollar məbləğində borcu var. Bunun da 15.8 milyard dolları MDB ölkələrinin payına düşür.
Rusiyaya ən çox borcu olan Belarusdur - 1 iyun 2019-cu il tarixinə 7.55 milyard dollar. İkinci yerdə Ukrayna 3,7 milyard dollarla, üçüncü yedə bir milyard dollardan az məbləğlə Ermənistan, Gürcüstan və Moldova qərarlaşıb.
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq