Kadırovdan vəsiyyət: Bu, ruhumu şad edər
Bizi izləyin

MDB

Kadırovdan vəsiyyət: Bu, ruhumu şad edər

Çeçenistan rəhbəri Ramzan Kadırov vəsiyyət edib.

Axar.az xəbər verir ki, R.Kadırov Şali şəhərində məscid açılışında çıxış edərkən maraqlı fikirlər səsləndirib.

Çeçenistan rəhbəri əvvəlcə, bəzilərinin istəyinə baxmayaraq, bu ibadət ocağının onun yox, Məhəmməd Peyğəmbərin adına olacağını elan edib. Ardınca isə açılışa toplaşanlardan xahiş edib ki, bu kimi hallara yol verməsinlər.

Kadırov tərəfdarlarından xahiş edib ki, o öldükdən sonra adını daşıyacaq kiçik bir məscid inşa etsinlər.

"Biz nə qədər ki sağıq, xalq üçün xəstəxanalar, məscidlər, məktəblər inşa edəcəyik, onların xidmətində olacağıq. Bu gün Şalidə açılan Avropanın ən böyük məscidi Məhəmməd Peyğəmbərin adını daşıyacaq. Mənim üçün isə öldükdən sonra kiçik bir məscid inşa edərsiniz. Bu, ruhumu şad edər", - deyə Çeçenistan rəhbəri bildirib.

Qeyd edək ki, avqustun 23-də Çeçenistanın Şali şəhərində Avropanın ən iri məscidi istifadəyə verilib. Məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm