Rusiyada təyyarə qəza enişi etdi, 56 yaralı var - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

MDB

Rusiyada təyyarə qəza enişi etdi, 56 yaralı var - FOTO/VİDEO (YENİLƏNDİ)

Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi etməsi zamanı xəsarət alanların sayı 56-ya qədər artıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İstintaq Komitəsindən bildirilib.

“Aeroportun tibbi-sanitar şöbəsinə yardım üçün müraciət edənlərin sayı 56 nəfər təşkil edib, bir sərnişin xəstəxanadadır”, - agentliyin həmsöhbəti deyib.

Qalan sərnişinlər evə baxılıb.

Qeyd edək ki, çərşənbə günü axşamı “Azur Air” aviaşirkətinə məxsus “Boing 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin, həmçinin ekipajın on üzvü olub.

***

25 sentyabr 23:00

Rusiyanın Barnaul şəhərində təyyarə qəza enişi edib.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 23 sərnişin xəsarət alıb.

“Azur Air” aviaşirkətinə məxsus “Boinq 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin olub. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm