Korrupsioner rayon başçısının əmlakının siyahısını oxumağa 10 saat vaxt lazım oldu
Bizi izləyin

MDB

Korrupsioner rayon başçısının əmlakının siyahısını oxumağa 10 saat vaxt lazım oldu

Moskva vilayətinin Klinski rayonunun keçmiş başçısı, vəzifə səlahiyyətindən sui-istifadə edən və rüşvət almaqda günahlandırılan Aleksandr Postriqanın əmlakının siyahısını məhkəmədə oxumaq üçün 10 saat vaxt lazım olub

Publika.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, keçmiş məmur 22 il Klinski rayonunun başçısı vəzifəsini icra edib, üç il də həmin rayonun deputatı olub. 2018-ci ildə isə ölkəni tərk etmək istəyərkən tutulub.

Postriqan işlədiyi müddət ərzində 1700 daşınmaz əmlakı obyektini, o cümlədən uşaq bağçalarını, tibb müəssisələrini, fabrikləri, istirahət zonalarını, meşə fondu ərazilərini və s. öz adına sənədləşdirib. Onun həbsindən sonra bütün bunların hamısı dövlətə qaytarılıb. Əldə edilən ümumi məbləğ doqquz milyard rubl qiymətləndirilir.

Müəyyən edilib ki, Postriqan qanunsuz yollarla əldə etdiyi əmlaklarının əksəriyyətini qohumlarının adına rəsmiləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm