Bu şəhəri su basdı
Bizi izləyin

MDB

Bu şəhəri su basdı

Gürcüstanda aramsız yağışlar Kutaisi şəhərində ciddi fəsadlar törədib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhərin mərkəzi küçə və yolları su altında qalıb.

Güclü yağış nəticəsində avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb, yaşayış evləri və iaşə obyektlərinin birinci mərtəbələrini su basıb.

Oqaskuri çayının daşması vəziyyəti daha da çətinləşdirib. Kutaisidə baş verən təbii fəlakət 60-dan çox ailəyə zərər vurub.

Təbii fəlakətlə bağlı Kutaisi şəhər meriyasında xüsusi qərargah yaradılıb.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin qrupları təbii fəlakət zonasına cəlb olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm