MDB
Bu qadının həbsi Rusiyanı qarışdırdı - FOTO
Rusiyada inquş siyasi məhbus Zərifə Sautyevanın azad edilməsi tələbi ilə sosial şəbəkədə kampaniya başlayıb.
Teleqraf.com xəbər verir ki, “Zərifəyə azadlıq” haştağı ilə sosial şəbəkədə başlayan kampaniyaya məşhur idmançılar, yazıçılar və sənətçilər də dəstək verir.
Siyasi fəallar Sankt-Peterburq şəhərində Sautyeva və digər inquş siyasi məhbuslara dəstək olaraq piket keçirib.
Zərifə Sautyeva iyulun 15-dən Nalçikdə həbsdədir. O, təhlükəsizlik orqanlarının əməkdaşlarına zor tətbiq etməkdə ittiham olunur. Zərifə Sautyeva siyasi səbəblərə görə həbs edilən ilk inquş qadındır. Avropa İnsan Haqları Məhkəməsi onu siyasi məhbus kimi tanıyır.
Zərifə Sautyevanın həbsi təkcə İnquşetiyada deyil, Rusiyanın digər regionlarında da etirazlara səbəb olub. Kabardino-Balkardakı çərkəz fəallar və digər şəhərlərdən də ona dəstək nümayiş etdirilir. Belə ki, sentyabrın 27-də siyasi fəal Marina Kenin rəhbərliyi ilə Sankt-Peterburqda Zərifə Sautyevanın da daxil olduğu bütün inquş fəallarının sərbəst buraxılması tələbi ilə piket keçirilib.
Sentyabrın 29-da isə paytaxt Moskvada inquş icmasının nümayəndələri “Zərifə Sautyevaya azadlıq!” yazılı plakatlarla mitinqdə iştirak edib.
İnquş müxalifətini dəstəkləyən son müraciətlərdən biri Rusiyanın müxalifətdə olan Yabloko partiyasının federal bürosunun üzvü Nikolay Rıbakov tərəfindən yayımlanıb.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək