• USD 1,7000 0,00% EUR 1,8804 +0,32%
    • GBP 2,1969 +0,32% RUB 0,0267 +0,37%

Türkiyəyə növbəti S-400 batareyaları satıla bilər - RƏSMİ

  • MDB
  • 20 Oktyabr 2019 02:35
Türkiyəyə növbəti S-400 batareyaları satıla bilər - RƏSMİ

Rusiya istehsalı zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması üzrə yeni müqavilənin bağlanması ehtimalı yüksəkdir.

Publika.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirin müavini Yuri Borisov bildirib.

“Düşünürəm ki, ehtimal yüksəkdir. Onlarda opsion var, bunu reallaşdırmaqda haqlıdırlar”, - Borisov deyib.

Qeyd edək ki, Türkiyəyə zenit-raket komplekslərinin çatdırılması iyulun ortalarında başlanıb. Sentyabr ayında çatdırılmanın ikinci mərhələsi başa çatıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Rusiya kompleksləri 2020-ci ilin aprelində tamamilə işə salınacaq.

Xatırladaq ki, ABŞ S-400-lərin alınması ilə əlaqədar Türkiyəyə F-35 beşinci nəsil qırıcılarının Türkiyəyə təhvilini dayandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR