Rusiyada qorxunc hadisə - Canlı yayım zamanı özünü öldürdü - FOTO
Bizi izləyin

MDB

Rusiyada qorxunc hadisə - Canlı yayım zamanı özünü öldürdü - FOTO

Rusiyada 30 yaşlı kişi canlı efirdə intihar edib.

Bu barədə yerli mətbuat məlumat yayıb. Belə ki ki, hadisə Perm əyalətinin Krasnokamsk bölgəsində baş verib. Oktyabrın 18-də gecə sosial şəbəkədəki hesabından canlı yayıma çıxan şəxs onu tərk edib getmiş həyat yoldaşını geri qaytara bilmədiyi üçün bu yolu seçdiyini deyib.

“Onunla indicə danışdıq. Mənə deyir ki, sən kişi deyilsən. Deməli, neçə ildir kişi olmayan biri ilə yaşayırmış. Neçə dəfə cəhd elədim ki, qaytarım, alınmadı”, - deyə o, əlavə edib.

Bundan sonra kişi canlı yayımda ölüb. Sosial şəbəkədəki hesabından paylaşılan intihar videosuna dostları tərəfindən yazılan rəylərdən bəlli olub ki, mərhum çox şən, zarafatcıl və dostcanlı adam olub. İntihar edən şəxsin həyat yoldaşı da bununla bağlı açıqlama verib: “İnanılmazdır. Heç nə deyə bilmirəm. O, möhtəşəm dost, ata və ər idi”.

Qeyd edilir ki, mərhumun həyat yoldaşından bir oğul övladı var.(virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm