"Türkiyənin bu silahı onlar üçün ölümcül təhdiddir" - Hərbi mütəxəssis
Bizi izləyin

MDB

"Türkiyənin bu silahı onlar üçün ölümcül təhdiddir" - Hərbi mütəxəssis

“S-400 ölümcül təhdiddir”.

Publika.az xəbər verir ki, bunu “National Interest”ə rusiyalı hərbi mütəxəssis Boris Rocin bildirib.

“Bu, tipik bir təxribat ifadəsidir. Çünki bu, hava hücumundan müdafiə sistemidir. Yəni bu sistem hər şeydən əvvəl hücum edən tərəf üçün təhlükə təşkil edir. Bu səbəbdən S-400-ün daha əvvəl Amerikaya bağlı olan bəzi ölkələrə tədarükünə qarşı çıxılır. Bu ölkələr artıq gücdən istifadə etmək üsulları daha az təsirli olduğu üçün daha müstəqil hərəkət edə bilirlər. Çünki S-400 hava hücumuna qarşı yüksək səviyyədə müdafiəni təmin edir”, - Rocin deyib.

Qeyd edək ki, eyni jurnalın yazarı Çarli Qao daha əvvəl S-400-ün sahib olduğu imkanların əvvəlki hava hücumundan müdafiə sistemlərindən ikiqat çox olduğunu, mümkün olan bütün hava hədəflərini təsbitetmək potensialına malik, yeni və həssas radarlara sahib olduğunu yazıb.

Xatırladaq ki, Rusiya son olaraq S-400-lərdən Türkiyəyə satıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm