Rusiya ABŞ-ın gizli əməliyyatlarının şahidi olub
Bizi izləyin

MDB

Rusiya ABŞ-ın gizli əməliyyatlarının şahidi olub

"İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi əməliyyatını Rusiyanın bölgədəki qüvvələri görüb"

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, bildirib ki, əməliyyat zamanı rus ordusu bölgədə ABŞ təyyarələri və helikopterləri ilə çox sayda Pilotsuz Uçuş Aparatlarının uçduğunun şahidi olub: “Əgər Bağdadi öldürülübsə, Tramp beynəlxalq terrorla mübarizəyə böyük fayda verə bilər”.

Qeyd edək ki, ABŞ tərəfindən Bağdadinin öldürülməsinin elan olunmasından sonra Rusiya Müdafiə Nazirliyi açıqlama yaymışdı. Açıqlamada mətbuat katibi İqor Konaşenkov aviahücumların təsbit edilmədiyini, əməliyyatla bağlı böyük tərəddüdlərin olduğunu bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm