MDB
Şoyqu Zakir Həsənovu Moskvaya dəvət etdi
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu MDB ölkələrindən olan həmkarlarını keçmiş SSRİ xalqlarının ortaq hərbi tarixini yenidən yazmağa və II Dünya müharibəsi hadisələrini təhrif etməyə çalışanlarla mübarizə aparmağa çağırıb.
Bu barədə RİA "Novosti" xəbər verir. "Bu tarixin yenidən yazılması üçün edilən istənilən cəhdlərə, xüsusən də qalibləri məğlub, məğlubları isə qalib kimi qələmə vermək cəhdlərinə qarşı mübarizə aparmaq üçün hər şey edilməlidir", - S.Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib. Onun sözlərinə görə, məhz tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədi ilə Rusiya tərəfi Qələbə Gününün 75-ci ildönümünün qeyd olunması ilə bağlı Moskvada keçiriləcək bayram tədbirlərinə MDB ölkələrindən olan həmkarlarını da dəvət edib. "Bütün həmkarlarımızı Birlik ölkələrinin hərbi kontingentlərinin Qırmızı Meydanda Qələbə Paradında iştirak etməsi üçün Moskvaya dəvət etdik", - S.Şoyqu deyib. O, Azərbaycan hərbçilərinin əvvəllər olduğu kimi, bu tədbirdə də fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.(Report)
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...