Rusiya ABŞ-ın xəstə atteşesini Almaniyaya buraxmadı- Zaxarovadan açıqlama
Bizi izləyin

MDB

Rusiya ABŞ-ın xəstə atteşesini Almaniyaya buraxmadı- Zaxarovadan açıqlama

Rusiyanın avqust ayında bir ABŞ hərbi atteşesinin xəstələndiyi üçün Moskvadan Almaniyaya təxliyə edilməsinə səbəbsiz yerə mane olması ilə bağlı iddiaya cavab gəlib.

Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova iddianı yayımlayan “Nyu York Tayms” qəzetini yalan xəbər dərc etməkdə və saxtakarlıqda ittiham edib.

Feysbuk hesabından açıqlama verən Zaxarova amerikalı hərbi atteşenin olduğu təyyarənin reysinin hava yolu şirkətinin bildirdiyindən 5 dəqiqə əvvəl gerçəkləşdirildiyini deyib.

İddiaların mənasız olduğunu vurğulayan Zaxarova yazılanları “yalan və düpbədüz saxtakarlıq” adlandırıb.

Qeyd edək ki, xəbər ötən gün “Nyu York Tayms”da dərc edilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm