NATO-nun bu addımı Putini qorxuya saldı: "Təşvişdəyik"
Bizi izləyin

MDB

NATO-nun bu addımı Putini qorxuya saldı: "Təşvişdəyik"

NATO-nun hərbi məqsədlə kosmosdan istifadə etməsi cəhdləri rəsmi Moskvanı narahat edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb.

Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Putin, ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasından çıxması ilə nəzarət mexanizminə zərbə vurduğunu bildirib.

Prezident daha sonra NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi-siyasi infrastrukturunu gücləndirdiyinə diqqət çəkib: "NATO-nun kosmosdan hərbi məqsədlə istifadəsindən təşviş keçiririk. Bu şərtlərdə beynəlxalq miqyasdakı dəyişiklikləri analiz edərək əldə olunan nəticələr çərçivəsində hərbi sahədəki potensialımızı təkmilləşdirmək bizim üçün əhəmiyyət kəsb edir".

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü verdiyi açıqlamada "kosmosun hava, quru və dəniz, həmçinin kibertəhlükəsizliklə yanaşı, yeni hərəkat sahəsi olmasına qərar verdik" ifadələrini işlətmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm