Maşını məktəblilərin üzərinə sürdü - Ölən və xeyli yaralananlar var
Bizi izləyin

MDB

Maşını məktəblilərin üzərinə sürdü - Ölən və xeyli yaralananlar var

Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması 13 nəfərin xəsarət alması ilə nəticələnib.

“Report” “TASS”a istinadən xəbər verir ki, baş verən zəncirvari qəzada idarəetməni itirən avtomobillərdən biri yolun kənarında dayanan 9-cu sinif şagirdlərinin üzərinə sürüb. Nəticədə 11 yeniyetmə və onları teatra aparan iki şəxs xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, şagirdlərdən ciddi xəsarət alan olmasa da onları müşayət edən şəxslərdən biri dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm