Putin açıqladı: 50 milyard dollar...
Bizi izləyin

MDB

Putin açıqladı: 50 milyard dollar...

Rusiya 2019-cu ildə 13 milyard dollarlıq silah ixrac edib.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq komissiyasının toplantısında açıqlayıb.

“Sanksiyalar və haqsız rəqabətin artmasına rəğmən, qlobal silah bazarında Rusiyanın mövqeyi daha da güclənir”,- Putin bildirib.

O, bu il xarici ölkələrin Rusiyada təşkil olunan fərqli sərgilərində müdafiə sənayesinin uğurları ilə tanış olduğunu qeyd edib: “Bu sərgilərdə beşinci nəsil “Su-57” qırıcıları, “Mi-38T” ağır yükdaşıma helikopteri və dördüncü nəsil ortamənzilli təyyarə əleyhinə raket sistemi olan “Vikinq” kimi hərbi texnika və silahlar tanıdılıb. Sərgilərdə 35 milyard rubl dəyərində razılaşmalar əldə olunub. Ümumi olaraq rus silahlarının sifariş portfeli sabit səviyyədədir və 50 milyard dolları keçir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm