Rusiya ABŞ-a MEYDAN OXUDU - Cavabsız qalmayacaq
Bizi izləyin

MDB

Rusiya ABŞ-a MEYDAN OXUDU - Cavabsız qalmayacaq

Rusiya ABŞ-ın “Şimal axını – 2” və “Türk axını” layihələrinə qarşı sanksiyalarını cavabsız qoymayacaq.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov ABŞ-ın bu addımının beynəlxalq hüququn bütün normalarını, bütün diplomatik və nəzakət qaydalarını pozmaq adlandırıb.

“Bu addımların cavabsız qalmayacağına zəmanət verirəm”, – o deyib.

Rusiyanın baş diplomatı ABŞ-ın rəqiblərinə sanksiya, ultimatum və təhdidlə hücum etdiyinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya təbii qazını Qara dəniz üzərindən Türkiyəyə daşıyacaq “Türk axını” və Baltik dənizi üzərindən Almaniyaya uzanan “Şimal axını – 2” layihələrinə qarşı sanksiyaların da daxil edildiyi 2020-ci il müdafiə büdcəsini (NDAA) haqda qanunu imzalayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm