Rusiyanın yeni hökuməti bu tarixdə açıqlanacaq - Yeni Baş nazir
Bizi izləyin

MDB

Rusiyanın yeni hökuməti bu tarixdə açıqlanacaq - Yeni Baş nazir

Rusiya Federasiyasının yeni Baş naziri Mixail Mişustin hazırladığı hökumət kursunu aprel ayında Dövlət Dumasına təqdim etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının plenar iclasında bildirilib.

"Sizi əmin etmək istəyirəm ki, Rusiya Federasiyası hökumətinin aparacağı kursla daha yaxından tanış olmaq üçün aprel ayına hazırlaşacağam. Ümid edirəm ki, siz də bunu təsdiqləyəcəksiniz", - yeni Baş nazir deyib.

Qeyd edək ki, Mixail Mişustinin Rusiya Federasiyası hökumət başçısı olması üçün keçirilən səsvermədə 383 deputat lehinə səs verib. Əleyhinə isə səs verilməyib. 41 deputat bitərəf qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm