MDB
Putin Medvedevi niyə məhz xokkey çubuğu ilə Baş nazirlikdən "sürüşdürdü"? - ANALİZ
Dmitri Medvedev hökumətini istefaya sosial və iqtisadi sahələrdəki uğursuzluqları göndərib.
Publika.az xəbər verir ki, bu sözlər "Anadolu" agentliyinin məsələ ilə bağlı analizində yer alıb.
Prezident Vladimir Putinin Federal Məclisdə illik hesabatla bağlı çıxışı xalqı maraqlandıran problemlərin ölkənin ən üstün səlahiyyətli şəxsi tərəfindən səsləndirilməsi kimi şərh olunur.
Medvedev Baş nazirliyi müddətində həm də müxalifət tərəfindən korrupsiyada ittiham olunurdu. Təqaüdçü qadının pensiyaların artırılması ilə bağlı tələbinə Medvedevin "pul yoxdur, dözün" cavabını verməsi uzun müddət ölkə gündəminə oturmuşdu. Təqaüd yaşının kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə qaldırılması Medvedevi istefaya itələyən son damla oldu. Putinin 2018-ci ildən başlatdığı milli layihələrin nəticə verməməsi də onu hədəf taxtasına qoydu. Buna görə də vəzifəsindən istefa verməli, hökumətini də tam tərkibdə istefaya aparmalı oldu.
Çoxları üçün Federal Vergi Xidmətinin sədri olan Mixail Mişustinin Baş nazir vəzifəsinə seçilməsi sürpriz olsa da, əslində, onun Putin və Təhlükəsizlik Xidmətinin öndə gedən şəxsləri ilə buz xokkeyi oynaması və federal büdcəyə vergidən daxil olan gəlirləri üçqat artırması baş nazir seçilməsində əhəmiyyətli rol oynayıb.
Zümrüd
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE