Putin hərəkətə keçdi: Rusiyada BÖYÜK DƏYİŞİKLİK
Bizi izləyin

MDB

Putin hərəkətə keçdi: Rusiyada BÖYÜK DƏYİŞİKLİK

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin siyasi sistemilə bağlı yeni addım atıb.

Publika.az xəbər verir ki, o, Konstitusiyada dəyişikliklər edilməsi üçün islahat paketini Dövlət Dumasına təqdim edib.

Fransanın AFP agentliyinin xəbərinə görə, paket ötən gün Prezident tərəfindən göndərilib.

Qeyd edək ki, Putin 15 yanvarda parlamentdə etdiyi çıxışında Rusiyanın ənənəvi siyasi sistemini dəyişdirmək barədə siqnallar vermişdi. Bundan az müddət sonra Dmitri Medvedev hökumətin tam tərkibdə istefaya getdiyini açıqlamışdı.

Mövcud sistemdə dövlət başçısı parlamentin alt qanadı olan Dumanın təsdiqi ilə baş nazir təyin edir. Duma prezidentin köməkçiləri və kabinet üzvlərini də baş nazirin təklifi ilə vəzifəsindən uzaqlaşdıra bilir.

Putinin təklif etdiyi dəyişikliklə dövlət başçısı baş nazir, baş nazirin köməkçiləri və nazirləri Dumanın təsdiqindən sonra təyin edə biləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm