• USD 1,7000 0,00% EUR 1,8740 +0,02%
    • GBP 2,1055 +0,32% RUB 0,0216 +0,93%

Dünyanın taleyi ABŞ və Rusiyadan asılıdır - Putin mesaj göndərdi

  • MDB
  • 5 Fevral 2020 18:17
  • 575 Baxış
Dünyanın taleyi ABŞ və Rusiyadan asılıdır - Putin mesaj göndərdi

“Regional qarşıdurmalar çoxalır, terrorizm və ifratçılıq təhdidləri artır, silaha nəzarət sistemi çökür. Qlobal iqtisadiyyat qeyri-stabil durumdadır. Dünyadakı sülh və təhlükəsizlik Rusiya ilə ABŞ arasındakı münasibətlərin vəziyyətinə bağlıdır”.

Publika.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Ölkəsində vəzifəyə başlayan 23 ölkənin səfirləri ilə Kremldə bir araya gələn Prezident onların etimadnaməsini qəbul edib və dünyadakı vəziyyətin təhlükəli olmasına diqqət çəkib.

Rusiya lideri ABŞ ilə silaha nəzarət, terrorizmlə mübarizə, regional böhranların həlli kimi mövzularda geniş dialoq qurmağa hazır olduqlarını dilə gətirib.

Dünyanın yeni tip koronavirus (2019-nCoV) epidemiyası ilə qarşı-qarşıya qaldığını vurğulayan Putin Çinə bu məsələdə yardımçı ola biləcəklərini qeyd edib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR