Rusiya müasir silahlarını ora yerləşdirməyə başladı - Avropa TƏŞVİŞDƏ
Bizi izləyin

MDB

Rusiya müasir silahlarını ora yerləşdirməyə başladı - Avropa TƏŞVİŞDƏ

2012-ci ildən bəri Rusiya ordusunun yüksək həssaslıqda olan raketlərinin sayı 30 dəfədən, raket daşıyıcıları isə 12 dəfədən çox artıb.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıqlayıb.

Nazirlikdə təşkil edilən toplantıda çıxış edən Şoyqu rus ordusunun yüksək texnologiyaya məxsus, uzunmənzilli, quruda, havada və suda yerləşdirilən silahlarla təmin edilməsi prosesinin sürətləndirilmiş şəkildə davam etdiyini bildirib.

Nazirin sözlərinə görə, uçuşa hazırlıq müddəti 1,5 aydan 3 saata endirilib. Rusiya ordusu rəqəmsal texnologiya və süni intellektə sahib müasir hərbi silahlarla təmin edilib.

Bu arada, yeni təkmilləşdirilən “Xəncər” (Kinjal) raket sisteminin Norveçdəki bir hədəfi 40 dəqiqə içində vurabilmə qabiliyyəti həmin ölkənin kəşfiyyat şefi Morten Haqa Lundeni dərin narahat edib. O, yeni raket sistemlərinin Norveç üçün təhdid daşıdığını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm