Azərbaycanın daha bir qonşusunda koronavirus aşkarlandı
Bizi izləyin

MDB

Azərbaycanın daha bir qonşusunda koronavirus aşkarlandı

Qazaxıstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Elcan Birtanov danışıb.

Nazir bildirib ki, iki nəfərdə virus aşkarlanıb. Onlar Almaniyadan gələn vətəndaşlardır.

Xəstələr karantinə alınıb. Onlarla təmasda olan şəxslərin axtarışına başlanıb.

Qeyd edək ki, koronavirus 127 ölkədə qeydə alınıb. Onlardan bir çoxu fövqəladə vəziyyət elan edib.

Məlumat üçün bildirək ki, Qazaxıstanın Azərbaycanla Xəzər dənizində su sərhədi var. Bundan başqa, ölkəmizlə quru sərhədi olan ölkələrin hamısında (Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan, İranda) koronavirus qeydə alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm