Rusiya koronavirusu müəyyən edəcək cihazın istehsalına başlayır
Bizi izləyin

MDB

Rusiya koronavirusu müəyyən edəcək cihazın istehsalına başlayır

Rusiya yeni tip koronavirusla mübarizə çərçivəsində daha bir təşəbbüs göstərəcək.

Publika.az xəbər verir ki, Prezident Vladimir Putin yapon mütəxəssislərlə birgə ərsəyə gətirilən yeni tip koronavirusu müəyyən edəcək daşına bilən sürətli analiz cihazının gələn ay istehsalına başlanacağını açıqlayıb.

Nazirlər Kabinetinin toplantısında epidemiya ilə mübarizə tədbirlərinin müzakirəsinə qatılan Putin bu cihazın dünyada ilk olacağını vurğulayıb.

Ölkədəki tibb işçilərinə kömək məqsədilə bütün tədbirlərin görülməsini istəyən prezident uzaqdan reseptsiz dərmanların alınması ilə bağlı fərman imzaladığını və tibb ləvazimatlarının sifarişinin artırılacağını deyib.

Qeyd edək ki, Rusiya Baş nazirinin müşaviri Tatyana Qolikova ölkədə COVİD-19 xəstələrinin sayının 114-ə çatdığını açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm