• USD 1,7000 0,00% EUR 1,8740 +0,02%
    • GBP 2,1055 +0,32% RUB 0,0216 +0,93%

Rusiya təyyarəsi Qara dənizə düşdü

  • MDB
  • 26 Mart 2020 03:50
  • 985 Baxış
Rusiya təyyarəsi Qara dənizə düşdü

Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib.

Publika.az xəbər veri ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Feodosiyadan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.

İlkin məlumatlara görə, təyyarə dənizə düşüb. Pilotun axtarışına və xilas edilməsinə Cənub Hərbi Dairəsinin axtarış və xilasetmə xidmətinin qüvvə və vasitələri, o cümlədən “An-26” təyyarəsi və “Mi-8” helikopteri cəlb olunub.

Əməliyyat bölgəsində hökm sürən əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR