• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

Rusiyada koronavirusa qarşı vaksinin 7 prototipi hazırlandı

  • MDB
  • 28 Mart 2020 08:15
  • 1 034 Baxış
Rusiyada koronavirusa qarşı vaksinin 7 prototipi hazırlandı

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusa qarşı vaksinin yeddi prototipini hazırlayıb.

TASS agentiyi xəbər verir ki, bu barədə FTBA-nın rəhbəri Veronika Skvortsova məlumat verib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd yeddidən ən təsirli peyvənd prototipini seçməkdir:

“Bu iş əvvəlcə kompüter simulyasiya rejimində aparılır. Bazar ertəsindən bütün işlər ikinci dərəcəli infeksiyanın biopatogenləri ilə işləmək üçün sertifikat almış Müdafiə Nazirliyinin Mikrobiologiya Mərkəzi tərəfindən aparılacaq”.

Skvortsova peyvəndin 11 aydan tez hazır olmayacağını vurğulayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR