Ermənistanda KRİTİK DURUM: Millət vəkilləri koronavirusa yoluxdu
Bizi izləyin

MDB

Ermənistanda KRİTİK DURUM: Millət vəkilləri koronavirusa yoluxdu

Ermənistan parlamentində koronavirusa yoluxma faktı qeydə alınıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasının 2 deputatı infeksiyaya yoluxub.

Dağlıq Qarabağa getmək istəyən millət vəkilləri koronavirus testindən keçirilib. Bu zaman onların xəstə olduğu üzə çıxıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa 486 yoluxma faktı aşkarlanıb. Onlardan 3 nəfəri ölüb, 30-u sağalıb.

Bundan əvvəl İran parlamentində 23 deputatın koronavirusa yoluxduğu təsdiqlənib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm