Ermənistan sakini parlamentin qarşısında ağzını tikdi
Bizi izləyin

MDB

Ermənistan sakini parlamentin qarşısında ağzını tikdi

Ermənistanın paytaxtı Yerevanda kişi ailə və sosial problemlərə görə parlamentin binası qarşısında ağzını tikib.

RİA “Novosti” agentliyi xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, hadisə yerinə nazirliyin operativ qrupunun əməkdaşları və psixoloqu göndərilib.

Məlum olub ki, həmin şəxs 1991-ci il təvəllüdlü Miqran M.- dir. O, ailə və sosial problemlərini əsas gətirərək dodaqlarının bir hissəsini tikib. Həmin şəxsə hadisə yerində psixoloji yardım göstərilib.

Əraziyə həmçinin təcili yardım briqadası gəlib, lakin etirazçı həkimlərin xidmətlərindən imtina edib.

Miqran M. polis bölməsinə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm