• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Rusiya rəsmən BƏYAN ETDİ: ABŞ-ın istənilən hücumuna nüvə silahı ilə cavab verəcəyik

  • MDB
  • 30 Aprel 2020 15:15
  • 1 288 Baxış
Rusiya rəsmən BƏYAN ETDİ: ABŞ-ın istənilən hücumuna nüvə silahı ilə cavab verəcəyik

“ABŞ-ın səbəbi nə olursa olsun, dənizaltı ballistik raketlərlə həyata keçirəcəyi istənilən hücuma nüvə silahı ilə cavab verəcəyik”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin internet saytında aşağı təsirli nüvə başlıqlarının inkişaf etdirilməsi və dənizaltı raketlərin bu başlıqlarla təchiz olunması haqda yayımlanan məqaləni şərh edərkən deyib.

Zaxarova Rusiyanın rəsmi mövqeyini ABŞ-a ünvanlayıb.

“ABŞ-ın nüvə potensialı haqda fikir irəli sürənlər anlamalıdır ki, Rusiyanın müharibə doktrinasında bu cür hücumlara nüvə silahı ilə cavab vermək addımı yer alır”, - Zaxarova bildirib.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR