Rusiyadan qayıda bilməyən azərbaycanlılara XOŞ XƏBƏR
Bizi izləyin

MDB

Rusiyadan qayıda bilməyən azərbaycanlılara XOŞ XƏBƏR

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi koronavirus pandemiyası fonunda sərhədlərin bağlanmasına görə vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açacaq.

Publika.az "Report"a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının FHN-dən məlumat verilib.

"Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırdı. İşə təxminən 30 nəfər cəlb edilib", - mətbuat xidmətində deyiblər.

FHN-də əlavə ediblər ki, hazırda region ərazisində qonşu dövlətin koronavirusun yayılmasına görə dövlət sərhədinin müvəqqəti bağlanması ilə əlaqədar evə çata bilməyən böyük sayda vətəndaşı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm