Prezidentdən pandemiyaya qarşı yeni təlimatlar - Hökumət səfərbər oldu
Bizi izləyin

MDB

Prezidentdən pandemiyaya qarşı yeni təlimatlar - Hökumət səfərbər oldu

Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinə yeni təlimatlar verib.

Publika.az-ın məlumatına görə, prezident koronavirus pandemiyasından zərbə alan iqtisadiyyatın yenidən canlandırılması üçün hökumətə 1 iyuna qədər milli plan hazırlanmasını tapşırıb.

Kremldən verilən açıqlamada Putinin təlimatnaməsində hökumət federasiyaya bağlı bölgələrin rəsmiləri ilə birlikdə ölkədəki peşə itifaqlarının nümayəndələrinin iştirakı ilə məşğulluğun və gəlirlərin əvvəlki səviyyəyə geri qayıtmasını, iqtisadiyyatın inkişafını və iqtisadiyyatda uzunmüddətli dəyişikliklər aparılmasını təmin edəcək plan hazırlanması nəzərdə tutulub.

Putin Baş nazir Mixail Mişustinə Moskvanın bələdiyyə sədri Sergey Sobyaninə və Dövlət Şurasının işçi qrupuna 12 maya qədər bölgələrdə tətbiq ediləcək qadağaların mərhələli şəkildə götürülməsinə dair tövsiyələr hazırlamaq təlimatı göndərib.

Rusiya prezidentinin başqa bir təlimatı isə bölgələrdə səhra xəstəxanalarının qurulması ilə bağlıdır. Hökumət Fövqəladə Hallar Nazirliyi ilə birlikdə COVİD-19-un yayılması və yeni pandemiya bölgələrinin yaranması riskinin azaldılması üçün Rusiyanın bölgələrində səhra xəstəxanaları, diaqnoz mərkəzərləri və mobil laboratoriyalar qurmalıdır. Bunun üçün hazırlanan tövsiyələr planı 20 maya qədər Putinə təqdim olunmalıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm