Rusiyada qeyri-iş günləri başa çatdı - PUTİN AÇIQLADI
Bizi izləyin

MDB

Rusiyada qeyri-iş günləri başa çatdı - PUTİN AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin mayın 12-dən etibarən qeyri-iş günlərinin başa çatdığını elan edib

Publika.az Lenta.ru-ya istinadla xəbər verir ki, dövlət başçısı koronavirsla əlaqədar tətbiq edilən mövcud rejimin yumşaldılmasının mərhələli şəkildə keçiriləcəyini bildirib : "Bu məsələdə tələsik irəli qaçmaq lazım deyil".

Prezident fərmanına uyğun olaraq, region rəhbərləri koronavirusa görə məhdudiyyətlərin uzadılması və ya aradan qaldırılması barədə müstəqil qərar qəbul edirlər.

Bazar ertəsi günü Rusiya lideri hökumətə iyunun 1-də iqtisadiyyatın bərpası üzrə ümummilli fəaliyyət planını təqdim etməyi tapşırıb. Prezident həmçinin Səhiyyə Nazirliyinə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə düzəlişlər edilməsi barədə göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm