Koronavirusa yoluxan Peskov xəstəliyindən danışdı: virus qədər orqanizminiz də...
Bizi izləyin

MDB

Koronavirusa yoluxan Peskov xəstəliyindən danışdı: virus qədər orqanizminiz də...

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov koronavirusun orqanizmdəki təsirlərindən danışıb.

Publika.az xəbər verir ki, Peskov virusun tam anlamı ilə qana susadığını deyib.

“Vücudunuz da virus qədər ağciyərlərinizi istifadə etməyə başlayır. Yəni hormonal fırtına başlayır və immun sisteminiz virusa qalib gəlməyə çalışır. İşin sonunda ağciyər trombozuna da çevrilə bilir”, - Peskov qeyd edib.

Mətbuat katibi Kremldə gigiyenik qaydalara riayət olunduğunu bildirib: “Bütün rəsmi dövlət sənədləri dezinfeksiya olunur. Kremldə bütün insanlar birbaşa təmasdan qaçırlar. Kimsə kimsənin ofisinə daxil olmur”.

Son rəqəmlərə görə, Rusiyada 252 min 245 nəfər virusa yoluxub, 2 min 305 nəfər ölüb, 53 min 530 nəfər sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm