• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

Minlərlə insanın bir gündə xəstələndiyi ölkənin Baş naziri: "Hər şey yaxşılığa doğru gedir"

  • MDB
  • 20 May 2020 16:25
Minlərlə insanın bir gündə xəstələndiyi ölkənin Baş naziri: "Hər şey yaxşılığa doğru gedir"

Rusiyada koronavirusla bağlı vəziyyət yavaş-yavaş yaxşılığa doğru gedir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin danışıb.

Rusya Başbakanı Mişustin, ülkede Kovid-19 durumunun iyiye gittiğini bildirdi

Baş nazir COVID-19 pandemiyası ilə mübarizə mövzusunda aidiyyəti orqanların nümayəndələri ilə keçirdiyi konfransda son üç gündə yoluxma sayınıb azalmaqda olduğunu xatırladıb: “Bu gün ilk dəfə sağalanların sayı gündəlik yoluxma sayından çox olub. Səhiyyə sistemi üzərindəki yük azalmağa başlayıb. Bu da vəziyyətin yavaş-yavaş yaxşılığa doğru getdiyini göstərir”.

14 bölgədə məhdudiyyətlər götürülür

Mişustin bildirib ki, 17 bölgə pandemiya səbəbilə tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə götürülməsi üçün lazımi kriteriyalara sahibdir: “Onlardan 14-də “ilk mərhələ” çərçivəsində uyğun qərarlar verilib və məhdudiyyətlər götürülür”.

Son rəqəmlərə görə, Rusiyada son sutka ərzində 8 min 764 yeni yoluxma, 135 ölüm qeydə alınıb. Bununla da yoluxma sayı 308 min 705-ə, ölüm sayı 2 min 972-yə çatıb. Sağalanların sayı 262 nəfər artaraq 85 min 392 olub.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR