Şimal qonşumuz turizm sektorunu açır
Bizi izləyin

MDB

Şimal qonşumuz turizm sektorunu açır

Rusiya turizm sektorunu 1 iyundan etibarən açır.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Federal Turizm Agentliyinin (Rosturizm) sədri Zarina Doquzova danışıb.

O bildirib ki, turizm sektoru 1 iyundan etibarən mərhələli şəkildə karantindən çıxmağa başlayacaq: “Hazırda valilərlə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) ilə birlikdə əməkdaşlıq içindəyik. Bəzi nüanslar üzərində çalışırıq. Əsas tibbi lisenziyası olan sanatoriyaların açılmasını istəyirik. Bir çox bölgədə kotteclərdə xidmət təqdim edən hotellərin açılması ilə bağlı müzakirələr gedir. Karantin tədbirlərinin götürülməsində bu, ilk mərhələ olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm