Rusiyada güclü yanğın - 3 nəfər ÖLDÜ
Bizi izləyin

MDB

Rusiyada güclü yanğın - 3 nəfər ÖLDÜ

Rusiyanın Zelenodolsk şəhərində (Tatarıstan Respublikası) gecə 22:15 radələrində xəstəxanada yanğın baş verib.

Publik.az TASS-a istinadla xəbər veri ki, hadisə zamanı 3 nəfər ölüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərdən ikisi yanıq xəsarətləri alıb, digər ikisi isə tüstüdən zəhərlənib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə baş idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Moskva vaxtı ilə hadisə 22:15-də Zelenodolskda ikimərtəbəli xəstəxana binasının Ürək-damar Xəstəlikləri Şöbəsində baş verib.

Moskva vaxtı ilə 22:31-də yanğın söndürülüb. 88 xəstə qonşu binaya təxliyyə edilib. İlkin məlumata görə, yanğına naqillərdə baş verən qısaqapanma səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm