Ermənistan Gürcüstandan üzr istədi
Bizi izləyin

MDB

Ermənistan Gürcüstandan üzr istədi

Ermənistanın Səhiyyə Nazirliyi Gürcüstanın səhiyyə sistemi tənqid etdiyinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanı epidemiya əleyhinə tədbirsizlikdə ittiham edərək onun əleyhinə sərt ifadələr işlətmişdi.

Torosyan bildirmişdi ki, Covid-19 əleyhinə mübarizədə Gürcüstanda qəbul edilmiş məhdudiyyətlər Ermənistandakından daha təsirli olsa da, bu pis nəticələrə gətirib çıxardı: ölkədə malların maya dəyəri artdı, milli inflyasiya baş verdi. Bundan başqa, Gürcüstanın epidemiya əleyhinə sistemi və səhiyyəsi pis vəziyyətdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm