Rusiyada MÜƏMMA - Pişik koronavirusa YOLUXDU
Bizi izləyin

MDB

Rusiyada MÜƏMMA - Pişik koronavirusa YOLUXDU

Rusiyada beş yaşlı pişikdə COVID-19-un törədicisi olan SARS-CoV-2 virusu aşkarlanıb.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.

Bildirilib ki, virusa yoluxmuş heyvan karantinə alınıb.

Pişik sahiblərinin koronavirus xəstəsi olub-olmaması barədə məlumat verilmir və xəstəliyin əlamətləri barədə də məlumat yoxdur.

Agentliyin məlumatında bildirilib ki, əvvəllər dünyada bir neçə itin, ev pişiklərinin və pələngin COVID-19-a yoluxması faktları təsdiqlənib. Amma onların hamısı yoluxmuş insanlarla təmasda olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm