MDB
Qərb bir sıra ölkələrə Rusiyadan kömək istəməyi niyə qadağan edir? - Lavrov detalları AÇIQLADI
“Qərb koronavirus pandemiyası zamanı bir sıra ölkələrə Rusiyadan kömək istəməyi qadağan edir”.
Publika.az-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Qərb ölkələri pandemiyadan faydalanmağa çalışaraq, bəyənmədikləri hökumətləri cəzalandırırlar və virusun ziyan vurduğu ölkələrin Rusiyaya kömək üçün müraciət etmələrini qadağan edirlər:
“Hər kəs pandemiyaya hazır deyildi. Hətta indiki şəraitdə, qlobal çağırışın ən az bir müddət ziddiyyətləri unutmağımıza məcbur etdiyi vaxtda bu yanaşmalar meydana gəldi. Heç kəsin istəyinə qarşı çıxıla bilməz”.
Nazirin fikrincə, pandemiya dünyaya humanizmin olmaması ilə bağlı bir sıra nümunələr göstərib. O, bunu “bir sıra ölkələrin və onların hakim elitalarının sağalmaz eqoizmi ilə izah edir”: “Ölkəmizə qarşı geosiyasi təsiri gücləndirmək üçün humanitar və tibbi yardımdan istifadə etmək istəyi barədə absurd ittihamlar gəldi. Vəziyyətin nə qədər ağır olmasından asılı olmayaraq, əsas diplomatik normalara zidd olan və Rusiyaya tibbi, humanitar yardım müraciəti üçün alçaldıcı qadağalar tətbiq olunur. Avro-Atlantik modelin bədnam həmrəyliyi on minlərlə vətəndaşın həyatı və sağlamlığı baxımından baha başa gəlir”.
Akqabay
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK