Moskvada daha 69 nəfər koronavirusdan öldü
Bizi izləyin

MDB

Moskvada daha 69 nəfər koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 69 nəfər ölüb.

Publika.az Vesti.ru-ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə əməliyyat qərargahından bildiriblər.

Ümumilikdə paytaxtda 2 477 nəfər koronavirusdan ölüb.

Qeyd edək ki, Rusiyada indiyədək 396 575 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8952 nəfər bu virusa yoluxub, 181 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 4555 nəfərdir, indiyədək 167 469 nəfər sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm