• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Peskov xəstə günlərindən danışdı: toyuqla çiyələyi seçə bilmirdim

  • MDB
  • 31 May 2020 17:00
Peskov xəstə günlərindən danışdı: toyuqla çiyələyi seçə bilmirdim

“Çiyələk və toyuğu bir-birindən ayırd edə bilmirdim”.

Publika.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rossiya-24” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının qonağı olan Peskov koronavirusa yoluxduğu zaman yaşadıqlarından danışıb.

“Qrip olmuşam kimi hiss etdirdi. Əvvəllər özünü ciddi bir şeymiş kimi göstərmir. Virusa yoluxduğumu düşündüyümüz gün idman zalında 1,5 saat məşq etdim. 7 km qaçdım. Bədənimə gücün axdığını hiss edirdim. Bu, mənə özümü yaxşı hiss etdirdi. Ertəsi gün qızdırmam qalxdı. Qoxu və dadbilmə duyğularımı itirdim”.

Qeyd edək ki, qoxu və dadbilmə duyğularının itirilməsi sonralar simptom kimi koronavirusun əlamətləri sırasına daxil edilib.

Xatırladaq ki, D.Peskov 12 mayda koronavirusa yoluxduğunu öyrənmişdi. O, ötən həftə müalicəsini tamamlayaraq işə qayıdıb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR