Şimala yeni silahlar verilir - Komandan açıqladı
Bizi izləyin

MDB

Şimala yeni silahlar verilir - Komandan açıqladı

Rusiyanın şimal donanması hipersəs silahlarla təchiz ediləcək.

Publika.az xəbər verir ki, bu barədə donanmanın komandanı Aleksandr Moiseyev danışıb.

Müdafiə Nazirliyinin “Krasnaya Zvezda” qəzetinə müsahibə verən komandan quru və sahil qoşunlarına Arktikanın sərt şəraitinə uyğunlaşdırılmış 180-dən çox silah və hərbi təchizat təhvil veriləcəyini bildirib. Onun sözlərinə görə, silahların sınaqları davam edir və onlar ilin sonunda ordunun arsenalına təqdim olunacaq. Bu da şimal donanmasının döyüş qabiliyyətini artıracaq. Arktikanın Rusiyaya aid hissəsinin hava hücumundan müdafiə potensialı əhəmiyyətli dərəcədə çoxalacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm