Rusiyadan Avropaya tuşlanan nüvə silahları ilə bağlı VACİB AÇIQLAMA: “heç vaxt...”
Bizi izləyin

MDB

Rusiyadan Avropaya tuşlanan nüvə silahları ilə bağlı VACİB AÇIQLAMA: “heç vaxt...”

Rusiya əsla nüvə silahına müraciət edən ilk tərəf olmayacaq.

Publika.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, bu maddə nüvədən imtina sənədində açıq şəkildə bildirilib: “Sənəddə Rusiyanı nüvə silahından istifadəyə çəkə biləcək durumlar açıq şəkildə qeyd edilib”.

Jurnalistlər nüvədən imtina strategiyasının daha əvvəl yayımlanmadığına diqqət çəkib. Onlar Peskovdan amerikalı mütəxəssislərin ABŞ-ın Avropadakı zenit-raket kompleksləri layihəsinə qatılacaq ölkələrə qarşı nüvə silahından istifadə olunub-olunmayacağına dair paraqraf olmaması ilə bağlı iddialarını şərh etməsini istəyib. Peskovun bu suala cavabı belə olub: “Strategiya sənədində nüvə silahlarından istifadəyə yol açacaq durumlar və səbəbləri aydındır. Bu səviyyədə daha əvvəl dəfələrlə açıqlamalar vermişik”.

Qeyd edək ki, sənəd ötən gün Prezident Vladimir Putin tərəfindən imzalanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm