Ruslardan ölkələrinə müraciət: "Bizi ABŞ-dan çıxarın" - Zaxarova AÇIQLADI
Bizi izləyin

MDB

Ruslardan ölkələrinə müraciət: "Bizi ABŞ-dan çıxarın" - Zaxarova AÇIQLADI

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qaradərili Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra başlayan etirazlar səbəbilə ölkələrinə dönmək istəyən rusların sayının gündən-günə artdığını deyib.

Publika.az xəbər verir ki, Rusiya Federal Məclisinin rəsmi media orqanı olan "Parlamentskaya qazeta"ya açıqlama verən Zaxarova, Floydun ölümündən sonra başlayan etirazların ABŞ-da yaşayan ruslara təsir etdiyini bildirib:

"ABŞ-dan Rusiyaya uçan təyyarələrə tələbatın necə artdığını təsəvvür edə bilməzsiniz. Bu yaxınlarda Mayamidəki soydaşlarımızla söhbət etdim. Onlar dedilər ki, bizim üçün təyyarə təşkil edin. ABŞ-dan çıxmaq istəyən insanların sayı hər gün artır. Biz onları başa düşürük ".

Rusların iki həftə əvvəl geri dönmələrini istədikləri ölkələr arasında ABŞ-ın ilk sıralarda olmadığını qeyd edən Zaxarova, vəziyyətin sonradan dəyişdiyini bildirib: "Bəli, ABŞ-da vəziyyət çətin və faciəlidir, amma hər şey normal idi. Çox insanın orada qohumları və dostları var. Qəfildən etirazlar, iğtişaşlar başladı və vətəndaşlarımızın dərhal geri qayıtmaq tələbləri gəldi”.

Qeyd edək ki, afroamerikalı 46 yaşlı Corc Floyd polis məmuru tərəfindən öldürülüb. Hadisənin görüntüləri ölkədə və dünyada sürətlə yayılıb. Hazırda Floyda görə başlayan iğtişaşlar davam edir. Etirazlar səbəbindən 40 şəhərdə bir gecəlik komendant saatı tətbiq edilib və ABŞ Milli Qvardiya qüvvələri 25 şəhərdə polisə dəstək üçün yerləşdirilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm