Qazaxıstanın ən böyük şəhərində SƏRT QADAĞALAR
Bizi izləyin

MDB

Qazaxıstanın ən böyük şəhərində SƏRT QADAĞALAR

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda ticarət obyektlərinin yenidən bağlanmasına qərar verilib.

Publika.az xəbər verir ki, Almatı vilayətində kütləvi tədbirlərin keçirilməsinə ciddi qadağa qoyulacaq, ictimai nəqliyyat isə yalnız səhər və axşam fəaliyyət göstərəcək. Regionun baş sanitar həkimi Kayrat Baymuxambetov bu barədə məlumat verib. Bildirib ki, regionda koronavirus hallarının artması müşahidə edildiyinə görə, bu məcburi tədbirdir.

Almatı vilayətində COVID-19-a yoluxmuş şəxslərin ümumi sayı 400 nəfərdən çoxdur.

Son həftə ərzində xəstələnmənin ümumi sayı 4,5 faizə qədər artıb.

Qeyd edək ki, son məlumata görə, Qazaxıstanda koronavirusa yoluxanların sayı 12511, sağalanlar 7135, ölənlərin sayı isə 53 nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm