Putinin saatı niyə real zamanı göstərmir? - AÇIQLAMA
Bizi izləyin

MDB

Putinin saatı niyə real zamanı göstərmir? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin ötən gün xalqa müraciət çıxışında saatının real zamandan geri qalması hər kəsdə maraq doğurub.

Publika.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da yayımlanan görüntülərdə Putinin saatı 14:45-i göstərib.

Məsələnin geniş kütlə tərəfindən marağa səbəb olmasına görə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama vermək məcburiyyətində qalıb. O, müraciət videosunun canlı yayımlanmadığını, bir neçə saat öncə hazırlandığını, dolayısı ilə saatın həmin zaman göstərdiyini deyib.

Qeyd edək ki, Putin 51 dəqiqə davam edən çıxışında Rusiyanın ümumi mənada koronavirus pandemyasına qarşı yaxşı mübarizə apardığını, ağır şərtlərə rəğmən, rus xalqının pandemiyanın öhdəsindən gələcəyini bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm