ÜST təsdiqlədi - Rusiya pandemiyanın öhdəsindən gəldi
Bizi izləyin

MDB

ÜST təsdiqlədi - Rusiya pandemiyanın öhdəsindən gəldi

Rusiyada koronavirus pandemiyasının yoluxma tendensiyası azalmaqdadır.

Publika.az xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı müşahidələr aparıb.

Təşkilatın Rusiyadakı nümayəndəsi Melita Vuynoviç “Sputnik”ə açıqlamasında son zamanlarda ölkədə yoluxma saylarında qətiyyətli eniş olduğunu bildirib.

“Hər epidemiyanın inkişafının öz qanunlar var və Rusiya nümunəsində ölkənin torpaqlarının çox böyük olduğu reallığını hesablamaq lazımdır. Hər bölgənin yoluxma sayındakı böyümə və ya azalmaya təsir göstərən öz demoqrafik və sosiail-iqtisadi xüsusiyyətləri mövcuddur”, - Vuynoviç qeyd edib.

O, vurğulayıb ki, yeni yoluxmalar ya tibbi dəstəyin təmin edilməməsi, ya da sosial məsafənin qorunmaması səbəbilə baş verir.

Son rəqəmlərə görə, Rusiyanın 84 bölgəsində son sutka ərzində 6 min 693 yoluxma qeydə alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm