Qazaxıstanda pandemiya ilə bağlı vəziyyət gərginləşdi
Bizi izləyin

MDB

Qazaxıstanda pandemiya ilə bağlı vəziyyət gərginləşdi

Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı iyulun 5-dən etibarən 14 günlük karantin tətbiq etmək planını təqdim edib.

Bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev tvitterdə bildirib.

Qeyd olunub ki, ölkədə karantin müddəti uzadıla bilər. İdarələrarası Komissiyanın iclasından sonra səhiyyə nazirinin izahatı dinləniləcək.

Qeyd edək ki, Qazaxıstanda koronavirusla bağlı 16 mart-11 may ərzində fövqəladə vəziyyət tətbiq edilmişdi. Hazırda ayrı-ayrı bölgələrdə karantin məhdudiyyətləri qüvvədə olsa da, son günlər vəziyyətin kəskinləşməsi üzündən məhdudiyyətlər artırılıb.

İndiyədək 41 065 nəfərin koronavirusa yoluxduğu Qazaxıstanda 188 nəfər ölüb, 13 614 nəfər isə sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm